İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda 54,3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib.
Prezident İlham Əliyevin sözlərinə görə, indiyədək həmin ərazilərdə 600 hektar meşə fondu bərpa olunub.
Böyük Qayıdış proqramının növbəti mərhələsində özəl investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və ixracyönümlü istehsalın genişləndirilməsi nəzərdə tutulur.
