Ermənistandan Azərbaycana məhsul ixracının həyata keçirilməsi ilə bağlı ilkin razılaşma əldə olunub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, razılaşmanın yekunlaşdırılması istiqamətində işlər davam edir. Paşinyan bildirib ki, sövdələşmə tam başa çatdıqdan sonra bununla bağlı şirkətlər özləri ictimaiyyətə məlumat verəcəklər.
Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, dövlətin əsas vəzifəsi biznes nümayəndələrinin qarşılıqlı əməkdaşlığı üçün siyasi şərait yaratmaqdır.
Paşinyan konkret sövdələşmələrin hökumət səviyyəsində müzakirə edilmədiyini də vurğulayıb.
