Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
Bolsulu kənd sakini, 1962-ci il təvəllüdlü Seymur Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn “Ford” markalı maşınla toqquşub.
Hadisə nəticəsində S.Kərimov və avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Aytən Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, S.Kərimovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
A.Muradovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
