“Gənclik Mall”da mağazalardan birində yanğın hadisəsi baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə ilə əlaqədar ticarət mərkəzində insanların təxliyə edildiyi bildirilir.
Hadisədən sonra “Gənclik Mall”ın sosial media hesablarında açıqlama yayılıb. Açıqlamada bildirilib ki, ticarət mərkəzində texniki xəta baş verib və xəbərdarlıq sistemi işə düşüb.
“Hazırda ticarət mərkəzində hər şey qaydasındadır. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, – deyə paylaşımda qeyd olunub.
