İslandiya ABŞ-nin ölkədəki səfiri Billi Lonqu ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı xəritəyə görə Xarici İşlər Nazirliyinə çağırıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə İslandiyanın RUV teleradioşirkəti məlumat yayıb.
Bildirilib ki, Donald Tramp sosial şəbəkə hesabında İslandiya və bir sıra digər ərazilərin ABŞ bayrağının rəngləri ilə göstərildiyi xəritə paylaşıb. Paylaşımda xəritəyə hər hansı izah əlavə edilməyib.
İslandiya Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı ABŞ səfirinə sözügedən paylaşımın qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl də İslandiya ilə Qrenlandiyanı qarışdırması ilə gündəmə gəlib. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Qrenlandiya və İslandiya ilə bağlı fikirlər səsləndirib.
