ilkinxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçsə də, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi gündüz saatlarında tədricən zəifləyəcək.
Havanın temperaturu gecə 14–16°, gündüz 18–21° isti olacaq. Nisbi rütubət 60–80% aralığında dəyişəcək, atmosfer təzyiqi isə artacaq.
Rayonlarda isə fasilələrlə yağıntı gözlənilir. Bəzi yerlərdə intensiv yağış, dolu və şimşək hadisələri istisna edilmir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu aran rayonlarında 20–25°, qdağlarda isə 7–17° isti olacaq.
