Cəlilabad rayonunda günorta saatlarından başlayan güclü külək bir sıra fəsadlara səbəb olub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, külək Cəlilabad-Göytəpə yolunda və Göytəpə şəhərində ağacları aşırıb. İrigövdəli ağacların yolun hərəkət hissəsinə düşməsi nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Güclü külək yol ətrafında yerləşən istixanalara da ciddi ziyan vurub.
Hazırda aşan ağacların yoldan götürülməsi istiqamətində işlər görülür. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Cənub bölgəsində güclü külək hazırda da davam edir.
