İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Binə qəsəbəsində, “Südçülük Sovxozu” ərazisində yerləşən 136 saylı məktəbdə insident baş verib.
Məktəbin binasına pəncərədən daş atılması nəticəsində iki şagird xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin saxlanıldığı bildirilir.
