Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qəsəbədə yerləşən evlərin birində 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, onun oğlu – 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, qətlə yetirilən qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olub. O, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, saxlanılan şəxs isə onun qardaşıdır.
