İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Xətai rayonunun Gəncə prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Əkbər Novruzovun idarə etdiyi avtomobil Emil İsgəndərovun idarə etdiyi minik maşını ilə toqquşub. Toqquşmadan sonra Emil İsgəndərovun avtomobili yoldan çıxaraq səki ilə hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Əliyevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
