Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həlak olan sürücünün müəllim işlədiyi məlum olub.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, qəza zamanı KIA markalı avtomobilin yanması nəticəsində həyatını itirən Elyar Qalib oğlu Məhəmmədov Zərdab rayonunun Məmmədqasımlı kəndində yerləşən N.Nərimanov adına tam orta məktəbdə riyaziyyat müəllimi işləyib.
Məlumata görə, qəza nəticəsində həyatını itirən şəxslərdən dördü eyni ailənin üzvüdür. Beşinci şəxs isə həmin ailənin qonşusu olub.
Hazırda hadisə nəticəsində həlak olan şəxslərin dəfn mərasimi keçirilir.
