Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Regional Kollecində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, prokurorluq tərəfindən aparılan istintaq nəticəsində kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, eləcə də əməkdaşlar Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar məhkəməyə qədər polis nəzarətinə verilib.
İttihama görə, dəymiş ziyanın ödənilməməsi halında təqsirləndirilən şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilədək rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə çıxdıqdan sonra kollecin rəhbərliyinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Kubışov isə təxminən bir il sonra vəzifəsindən azad olunub.
Gəncədə kollec rəhbərləri cinayət məsuliyyətinə cəlb edildi
Şərh edilməmiş
