Bakı şəhərində avtobusların qrafik üzrə və gecikmədən hərəkətini təmin etmək məqsədilə Ziya Bünyadov prospektində avtobus zolağının qüvvədəolma müddəti artırılıb.
“ilkinxeber.az” informasiya agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə əsasən, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində, 20 Yanvar metro stansiyası istiqamətində avtobus zolağı axşam saatlarında daha uzun müddət qüvvədə olacaq.
Əvvəllər həmin zolaq saat 17:00-dan 20:00-dək fəaliyyət göstərirdi. Yeni qaydaya əsasən isə avtobus zolağından istifadə məhdudiyyəti saat 17:00-dan 21:00-dək tətbiq ediləcək.
Sürücülərdən yeni vaxt rejimini nəzərə almaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.
