İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç mərhələsi davam edir. Bu çərçivədə Xocalı, Ağdərə və Cəbrayıl rayonlarının bir sıra kəndlərinə yeni köç karvanı yola salınıb.
Məlumata görə, köçürülən ailələr üçün həmin ərazilərdə müasir standartlara uyğun yaşayış evləri inşa edilib, zəruri sosial infrastruktur yaradılıb. Köç edən sakinlərin məşğulluğunun təmin olunması, eləcə də sosial rifahının yüksəldilməsi istiqamətində müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Xocalı və digər azad olunmuş ərazilər uzun illər işğal altında qaldıqdan sonra 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində tam nəzarətə götürülüb
Hazırda dövlət proqramına uyğun olaraq mərhələli şəkildə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam etdirilir.
