Cəbrayıl rayonunda mina partlayışı qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 1979-cu il təvəllüdlü, rayonun Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan tam təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
