İmişli rayonu ərazisindən keçən Araz çayında 11-ci sinif şagirdinin batması ilə bağlı axtarış-xilasetmə tədbirləri davam etdirilir.
ilkinxeber.az xəbər verir ki, hadisə nəticəsində bu ilin məzunu Turan Mirişli suda itkin düşüb. Onun tapılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və xüsusi texnikaları cəlb olunub.
Hazırda çayın həmin hissəsində intensiv axtarış işləri aparılır.
