İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında struktur dəyişiklikləri həyata keçirilib.
Nazir Kəmaləddin Heydərovun əmri ilə 7 idarə şöbəyə çevrilib, 2 idarə ləğv olunub, 1 yeni idarə yaradılıb.
Dəyişikliklər çərçivəsində əvvəlki idarə rəisləri müvafiq şöbələrə müdiri vəzifəsinə təyin ediliblər.
Həmçinin Zahid Aşurovun rəhbərlik etdiyi Komendant xidmətinin təşkili və texniki təminat idarəsi ləğv edilib.
