ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, “TikTok” platformasında canlı yayım zamanı nalayiq ifadələr işlədən Məhəmməd Nəsibov inzibati qaydada həbs olunub.
Məlumata görə, Nəsibov “7_muxammed_7” hesabında keçirdiyi canlı yayım zamanı ictimai qaydanı pozan ifadələr işlədib.
O, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək saxlanılıb.
Məhkəmənin qərarı ilə Məhəmməd Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
