Bakının Yasamal rayonunda yerləşən “Vital Hospital”la bağlı yayılan iddialar hüquq mühafizə və aidiyyəti dövlət qurumları tərəfindən araşdırılır.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyi bildirib ki, məsələ Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Faktla bağlı araşdırmaya başlanılıb, hüquq mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, “Vital Hospital”la bağlı sosial şəbəkələrdə yayılan məlumatlar üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
“Vital Hospital”la bağlı yayılan iddialar üzrə araşdırma aparılır
Şərh edilməmiş
