Qubada 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qəza rayon ərazisində qeydə alınıb. Hadisə zamanı üç nəqliyyat vasitəsi toqquşub və müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər dərhal xəstəxanaya çatdırılıb.
Yaralılara tibbi yardım göstərildiyi, onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
