ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, 1961-ci il təvəllüdlü Musa Musayev naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi nəticəsində ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
