Bakı şəhərinin Nərimanov rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 70 min manat olan qızıl və zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
İLKİNxeber.az informasiya agentliyinin Daxili İşlər Nazirliyi -ə istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin on altıncı polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxs zərərçəkmişlərin evdə olmadığını əvvəlcədən öyrənərək mənzilə daxil olub. Daha sonra diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
