Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ştatları ixtisar olunan dövlət qulluqçularının analoji dövlət qulluğu vəzifələrinə təyin edilmələri istiqamətində fəaliyyət göstərəcək.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanda qeyd olunub. Sənədə əsasən, ixtisar nəticəsində vəzifəsini itirən dövlət qulluqçularının uyğun vakant yerlərə yerləşdirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
