BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif olunub.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında göstərdiyi xüsusi xidmətlərə görə bu yüksək mükafata layiq görülüb.
Qeyd edək ki, sabah Bəxtiyar Aslanbəylinin 50 yaşı tamam olur.
