Şəmkir rayonunun Mahmudlu kənd sakini, 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qızın valideynləri onun gün ərzində itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bir müddət sonra isə yeniyetmə öz yaşadıqları evin həyətyanı sahəsində yaralı vəziyyətdə aşkarlanıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir.
