İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ana və övladı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıblar.
İlkin məlumata görə, yolu keçmək istəyən ana və övladı “Hyundai Santa Fe” markalı avtomobil tərəfindən vurulub. Yaralılar müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
