Yasamal rayonunda, Kənar Dairəvi yol ətrafında yerləşən otluq sahədə yanğın hadisəsi qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
