ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Çin Mərkəzi Televiziyasının yaydığı məlumata görə, Nepalda buzlaqların çökməsi və yeni sürüşmələrin baş verməsi riski hələ də qalmaqdadır.
Çin rəsmiləri peyk görüntülərinin təhlili əsasında bölgədə su axınlarının təsiri ilə hərəkətə keçə biləcək bir neçə sürüşmə zonasının müəyyənləşdirildiyini bildiriblər. Bu ərazilərdə baş verə biləcək sürüşmələrin insanların həyatı üçün ciddi təhlükə yarada biləcəyi qeyd olunur.
Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında güclü daşqın və sürüşmələr baş verib. Fəlakətin Çin sərhədi yaxınlığında buzlaq və dağ süxurlarının çökməsi nəticəsində yaranan güclü su və palçıq axını ilə əlaqəli olduğu bildirilir. Nəhəng süxur və buz kütləsi çay yatağı boyunca onlarla kilometr hərəkət edərək yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan vurub.
Son məlumatlara görə, fəlakət nəticəsində Nepalda 900-dən çox insan həyatını itirib, minlərlə şəxsin isə taleyi hələ də məlum deyil. Xilasetmə əməliyyatları davam edi
