Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Nurlana Əliyeva bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, 80 yaşlı sabiq rektorun son dövrlərdə səhhətində ciddi problemlər olub.
Qeyd edək ki, Nurlana Əliyeva uzun illər Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışıb, eyni zamanda ictimai siyasi fəaliyyəti ilə tanınıb.
