İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilən xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilən pulların mənimsənilməsi ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olub.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Dəyanət Əhədov saxlanılıb.
Araşdırmalar zamanı onun vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən edilib. Təhvil alınan xalçaların bir hissəsi Binə qəsəbəsindəki anbarlarda aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Binə qəsəbəsində çoxlu sayda xalçanın qalaq şəklində yığıldığını əks etdirən görüntülər yayılmışdı. Paylaşımlarda xalçaların təmizlənməsi üçün vətəndaşlardan pul alındığı, lakin sonradan xidmət göstərən şəxsin müştərilərin zənglərinə cavab vermədiyi iddia olunurdu.
Xalçayuma adı ilə vətəndaşlar aldadıldı
Şərh edilməmiş
