İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 20-də gecə saatlarında Lerikin dağlıq ərazisində qanunsuz qızıl axtaran üç nəfər polis əməkdaşları tərəfindən aşkarlanıb.
Hadisə zamanı şəxslərdən biri saxlanılıb, digəri isə qaçmağa çalışarkən qayalıqdan dərəyə yıxılaraq həyatını itirib.
Ərazidən qazıntı alətləri və kustar üsulla hazırlanmış partlayıcı qurğu götürülüb.
Digər şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
