İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən keçən, Kür-1 və Kür-2 magistral su xətlərini birləşdirən və Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən 200 mm diametrli su xəttində qəza baş verib.
Qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb.
Mövcud problemin operativ şəkildə aradan qaldırılması və su təchizatının bərpası məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.
Hazırda qəzalı su xəttinin və nasaz siyirtmənin yenilənməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir. Görülən tədbirlərlə qəzanın mənbəyinin aradan qaldırılması, xəttin dayanıqlığının bərpası və su təchizatının etibarlı şəkildə təmin edilməsi nəzərdə tutulur.

Cảm ơn bài viết. Với dịch vụ du học Hàn Quốc chuyên nghiệp, Letco giúp bạn tiết kiệm thời gian và chi phí chuẩn bị hồ sơ. Truy cập letco.vn để biết thêm.