Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.
İLKİNxeber.az xəbər verir ki, bir neçə gün əvvəl Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan Lerik rayon sakini Vüqar Adnayevin meyiti aşkar olunub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri tərəfindən axtarışlar zamanı tapılıb.
Bildirilib ki, gəncin meyiti batdığı ərazidən təxminən 8 kilometr məsafədə sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Məlumata görə, Vüqar Adnayev Bakıda fəaliyyət göstərən mebel sexlərindən birində çalışırmış.
Faktla bağlı araşdırmalar davam etdirilir.
