İLKİNxeber.az informasiya agentliyinin məlumatına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Müjdat Həsənov təyin edilib.
Müjdat Həsənov bu təyinata qədər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb. Daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi qazanıb.
Əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayan Müjdat Həsənov müxtəlif illərdə beynəlxalq əməkdaşlıq və xaricdə təhsil sahələri üzrə məsul vəzifələrdə çalışıb.
Qeyd edək ki, Azərbaycanın bir sıra xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən təhsil məsələləri üzrə müşavirlər ölkənin təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan vətəndaşlarının xaricdə təhsil hüquqlarının müdafiəsi və bu istiqamətdə əlaqələndirmənin həyata keçirilməsi ilə məşğul olurlar.
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olundu
Şərh edilməmiş
