İlkinxeber.az xəbər verir ki, Azərbaycanın tanınmış aktyoru Aqil Ağacanov vəfat edib.
Məlumata görə, aktyor uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Aqil Ağacanov “Bizim Cəbiş müəllim” filmində yaratdığı “Makedon” obrazı ilə tamaşaçıların yaddaşında xüsusi iz buraxıb. O, həmçinin “Yuxu” filmində də rol alıb.
Aktyorun vəfatı sənət ictimaiyyəti və tamaşaçıları arasında dərin hüznlə qarşılanıb.
