İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryan saxlanılıb.
Məlumata görə, onlar Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində tutulublar. Hər iki şəxsin saxlanılması komitə tərəfindən təsdiqlənib.
İstintaqın Robert Köçəryan və yaxın çevrəsi ilə bağlı dövlət əmlakının əldə edilməsi və digər mümkün korrupsiya halları üzrə araşdırma apardığı bildirilir. İş üzrə ümumilikdə altı nəfərin saxlanıldığı qeyd olunur.
