İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, qəbul edilən yeni qərara əsasən, hər iki ölkənin vətəndaşları müəyyən müddət ərzində Azərbaycana səfərlərini daha asan və sürətli şəkildə həyata keçirə biləcəklər.
Qaydalara görə, Yaponiya və Koreya vətəndaşlarına 2027-ci il iyulun 1-dək Azərbaycana ümumilikdə 3 dəfə vizasız daxil olmaq imkanı yaradılır. Hər bir səfər çərçivəsində onların ölkə ərazisində 30 günədək qalmasına icazə verilir.
Bu addımın turizm əlaqələrinin genişləndirilməsi, ölkəyə gələn turist sayının artırılması və Azərbaycan ilə Yaponiya və Koreya arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
