İsveçin Vestmanland əyalətində maçete ilə silahlanmış şəxs məktəbə daxil olaraq bir neçə nəfərə xəsarət yetirib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Hadisə ilə bağlı əraziyə dərhal polis əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hücumu törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Yerli polis hadisə yerində əməliyyat tədbirlərinin davam etdiyini bildirib. Hazırda ərazidə polis qüvvələri, xüsusi təyinatlıların çevik reaksiya qrupu və tibbi yardım briqadaları fəaliyyət göstərir. Hadisə yerinə polis helikopteri də cəlb olunub.
İsveçin ədliyyə naziri Qunnar Stremmer hadisə ilə bağlı açıqlamasında hökumətin hüquq mühafizə orqanları ilə daim əlaqədə olduğunu və vəziyyəti yaxından izlədiyini bildirib.
