ABŞ Prezidenti Donald Trampın göyərtəsində olduğu “Marine One” helikopteri Vaşinqton hava limanı yaxınlığında digər təyyarə ilə təhlükəli şəkildə yaxın məsafədən keçib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ilkin məlumatlara əsasən, hava hərəkəti dispetçerlərinin vaxtında müdaxiləsi və koordinasiyası nəticəsində mümkün toqquşmanın qarşısı alınıb.
Hazırda baş vermiş insident ABŞ-ın müvafiq aviasiya qurumları tərəfindən araşdırılır.
Hadisə nəticəsində xəsarət alan olmayıb və prezidentin uçuşu plan üzrə normal şəkildə davam etdirilib.
