Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini vurğulayıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, o, Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından bütün Avropa üçün mühüm tərəfdaşdır.
Nazir qeyd edib ki, Azərbaycan inkişaf edən və regionda əhəmiyyətli rol oynayan güclü dövlətdir. Onun sözlərinə görə, ölkənin müharibənin dayandırılması istiqamətində göstərdiyi səylər, həmçinin beynəlxalq arenadakı mövqeyi xüsusi əhəmiyyət daşıyır.
