İlkinxeber.az informasiya agentliyinin verdiyi məlumata görə, “Qisas” əməliyyatı şəhidi Rəşad Qənbərlinin atası Əlizamin Qənbərlinin səhhətində problem yaranıb.
Əlizamin Qənbərli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxananın terapiya şöbəsində davam etdirilir. ilkinxeber.az informasiya agentliyinin təsisçisi və baş redaktoru İlkin Şakiroğlu bu gün Əlizamin əmiyə baş çəkib
Qeyd edək ki, şəhid atasının səhhəti ilə bağlı vəziyyət həkimlərin nəzarətindədir. Cəlilabad rayon mərkəzi xəstəxanasının direktoru Teymur Mirzəbəyli şəxsən ziyarət edib.
