İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.
Belə ki, həmin obyektdə çalışan, 1984-cü il təvəllüdlü qəsəbə sakini Anar Yasin oğlu Əliyev ehtiyatsızlıq nəticəsində yıxılıb. Ağır xəsarətlər alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
