İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İstanbul–Bakı reysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşının külli miqdarda dərman vasitələrini gömrükdən bəyan etmədən keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, sərnişin “Yaşıl kanal”dan keçərkən yoxlama məqsədilə “Qırmızı kanal”a yönləndirilib.
Onun əl yükü və baqajına baxış zamanı gömrük orqanına bəyan edilməyən 36 adda ümumilikdə 16 036 ədəd dərman vasitəsi aşkar edilib.
Faktla bağlı müvafiq tədbirlər görülür.
