İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, qaz qurğularının xəritələrinin (sxemlərinin) sifarişçilərə verilməsi üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu aradan qaldırılır.
Qeyd olunub ki, yeni “Qaz təchizatı haqqında” qanunda əvvəlki, 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq, qaz qurğularının xəritələrinin dövlət rüsumu ödənilməklə sifarişçilərə təqdim olunması ilə bağlı müddəa yer almayıb. Bu səbəbdən “Dövlət rüsumu haqqında” Qanunun 18.59-cu maddəsinin ləğvi təklif edilir.
Eyni zamanda, “Energetika haqqında” qanunda terminoloji xarakterli uyğunlaşdırmaların aparılması da nəzərdə tutulur.
