İLKİNxeber.az xəbər verir ki, hazırda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə istifadəçilər şəxsi hesablarına daxil olmaqda çətinlik çəkirlər.
Məlumata görə, problem həm mobil tətbiqlərdə, həm də veb versiyada müşahidə olunur.
Hadisə ilə bağlı hələlik “Meta” şirkəti tərəfindən rəsmi açıqlama verilməyib. Problemin səbəbləri və nə vaxt aradan qaldırılacağı barədə əlavə məlumat yoxdur.
