Macarıstan hökuməti ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına başlayır.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban açıqlama verib.
Baş nazir bildirib ki, qarşıdakı dövrdə ölkənin hüquqi əsaslarını müəyyənləşdirəcək yeni Konstitusiyanın hazırlanması əsas vəzifələrdən biri olacaq.
“Bütün insanlarla birlikdə və bütün insanlar üçün elə bir Konstitusiya yazacağıq ki, bundan sonra heç bir siyasi qüvvə ondan öz hakimiyyətini möhkəmləndirmək məqsədilə istifadə edə bilməsin”, – deyə Orban vurğulayıb.
O, daha əvvəl yeni Konstitusiya layihəsi üzərində işin təxminən bir il davam edəcəyini və bundan sonra sənədin ümumxalq referendumuna çıxarılacağını açıqlamışdı.
Hazırda Macarıstanda 1949-cu il Konstitusiyasını əvəz edən və 2011-ci ildə qəbul edilmiş “Əsas Qanun” qüvvədədir. Sənəd Viktor Orbanın əvvəlki hökuməti tərəfindən hazırlanı Konstitusiyanın preambulasında xristianlığın, macar dilinin və milli ənənələrin ölkənin dövlətçilik tarixindəki əhəmiyyəti xüsusi vurğulanır. Son illərdə sənədə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər arasında yalnız iki cinsin, kişi və qadının tanınmasını nəzərdə tutan müddəa da yer alır.
