Peru hökuməti İranla diplomatik münasibətlərin dayandırılması barədə qərar qəbul edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Perunun Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərarın qəbul edilməsinə əsas səbəblərdən biri Yaxın Şərqdə baş verən hadisələr və İranın Hörmüz boğazında həyata keçirdiyi fəaliyyətlə bağlıdır.
Peru Xarici İşlər Nazirliyi qeyd edib ki, diplomatik münasibətlərin dayandırılması iki ölkə arasında konsulluq əlaqələrinin tamamilə ləğv edilməsi anlamına gəlmir
