Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinə rəhbər təyin edilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə qərar Ukrayna Nazirlər Kabineti tərəfindən qəbul olunub və Prezident Volodimir Zelenskinin təqdimatı təsdiqlənib.
Məlumata görə, Timur Tkaçenko Ukraynada Azərbaycan diasporunun fəallarından biri kimi tanınan Firudin Məmmədovun oğludur.
Qeyd edək ki, 18 avqust 1989-cu ildə Kiyevdə anadan olan Tkaçenko daha əvvəl Strateji Sənayelər Nazirliyində nazir müavini vəzifəsində çalışıb. O, həmçinin Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edib.
