Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, 52 yaşlı Əhmədov Elşən Nadir oğlu Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.
Məlumata görə, o, Misirə səfər edərkən yolda atası Nadir Əhmədovun vəfatı xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində hərəkətdə olub və Litva sahillərinə yaxınlaşıb. Elşən Əhmədov atasının dəfn mərasimində iştirak etmək üçün gəmini tərk edərək Azərbaycana qayıtmağa hazırlaşıb.
Lakin bu zaman onun səhhəti qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda Elşən Əhmədovun meyiti Litvada morqda saxlanılır. Cənazənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, mərhum Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı.
