Gülüstan Əliyeva Daşkənddə keçirilən Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) Türk xalqlarının araşdırmaları bölməsinin 10-cu beynəlxalq simpoziumunda geniş məruzə ilə çıxış edib.
Müğənni və tədqiqatçı çıxışı zamanı Azərbaycan muğam məktəbinin inkişaf yolu, onun tədris sistemi və xüsusilə müəllim–şagird münasibətlərinin bu ənənənin qorunmasındakı rolu barədə ətraflı məlumat verib. Onun elmi məzmunlu təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb və simpoziumun diqqətçəkən çıxışlarından biri kimi qiymətləndirilib.
Gülüstan Əliyeva Azərbaycan musiqi irsinin zənginliyi, muğamın mənəvi-estetik dəyərləri və milli ifaçılıq məktəbinin formalaşması ilə bağlı fikirlərini də beynəlxalq auditoriya ilə bölüşüb.
Tədbir çərçivəsində onun Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğindəki fəaliyyətinə görə Abdullah Akat tərəfindən xüsusi mədəniyyət sertifikatı təqdim olunub.
